Nicat Süleymanov karyerasını ölkə xaricində davam etdirə bilər.
Son mövsümün Birinci Divizionda mübarizə aparmış “Kəpəz”də keçirən 23 yaşlı futbolçunun xidmətində Avropa klubları maraqlıdır.
Söhbət Macarıstanın yüksək dəstəsinə vəsiqə qazanmış “Vaşaş”la Xorvatiya elitasını tərk edən “Xrvatski Draqovolyaç”dan gedir.
Xorvatlar hələ ötən yay Nicatın xidmətində maraqlı olsa da, sövdələşmə sənədləşmə problemindən baş tutmamışdı. Macarlar isə həmyerlimizin nəyə qadir olduğuna yaxından bələd olmaq istəyir.
Futbolçunun xidmətində Azərbaycan Premyer Liqasında iştirak edən klubların da maraqlı olması Avropaya yollanmaq məsələsini şübhə altına salır. Səbəbkar tələsmək istəmir.
Nicat Süleymanov vaxtilə “Qarabağ”ın sıralarında olub, əsas komandada şans qazanıb, 2 dəfə çempionluq sevinci yaşayıb. 2019-2020 mövsümündə isə “Zirə”nin heyətində Premyer Liqada oynamaq şansı qazanıb ki, 4 qola imzasını yazdırıb.
Vaxtilə Rəşad Sadıqov Nicat haqda yüksək fikirlər səsləndirərək onu Azərbaycan futbolunun gələcəyi adlandırmışdı.
HƏBİB / SPORTİNFO.AZ

