“Sakaryaspor” millimizin yarımmüdafiəçisi ilə danışıqlara başladı

25 May 2022 17:00 Bizimkilər 1 370
“Sakaryaspor” millimizin yarımmüdafiəçisi ilə danışıqlara başladı

Vüsal İsgəndərli yenidən legioner həyatı yaşamağa hazırlaşır.

TF I Liqaya vəsiqə qazanan “Sakaryaspor" onunla yaxından maraqlanır və artıq danışıqlar başlayıb.

Adıçəkilən klubun çalışdırıcısı Vüsala tanış olan İlker Pürendir.

Belə ki, 26 yaşlı yarımmüdafiəçi arxada qalan mövsüm formasını geyindiyi "Keçiörengücü"də onun rəhbərliyi altında çıxış edib.

Millimizin sabiq üzvü ötən yay transfer olunduğu Türkiyə təmsilçisindən mövsüm başa çatmamış ayrılıb.

Hazırda azad agent olan futbolçu ilə bir neçə yerli klub da yaxından maraqlanır. Amma İsgəndərli daha çox legioner həyatı yaşamağa can atır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!