"Spartak" azərbaycanlı futbolçuların əhvalını korladı - VİDEO

25 May 2022 02:00 Bizimkilər 965
"Spartak" azərbaycanlı futbolçuların əhvalını korladı - VİDEO

Latviya çempionatında XV turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” səfərdə “Spartak”la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Şakir bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Asim isə sonadək ehtiyatda qalıb.

“Dauqavpils” 15 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM