Azərbaycanlı futbolçu təkliflə razılaşmadı, bir az pul aldı, qalan borcunu istəmədi

24 May 2022 16:00 Bizimkilər 1 432
Azərbaycanlı futbolçu təkliflə razılaşmadı, bir az pul aldı, qalan borcunu istəmədi

"Keçiörengücü" Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Vüsal İsgəndərli ilə yollarını rəsmən ayırıb.

Türkiyə klubu müqaviləsi gələn gələn ilin yayında bitəcək vingerlə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verib.

Keçən yay «Şamaxı»dan Ankara klubuna keçən futbolçu qardaş ölkəni maliyyə üzərindən baş verən problemə görə tərk edib. TFF I Liqa təmsilçisi onun qarşısında götürdüyü maddi öhdəlikləri vaxtında yerinə yetirməyib, arada borc yaranıb.

Bu azmış kimi, "Keçiörengücü" müqavilə şərtlərinə yenidən baxmağı - növbəti mövsümdən etibarən məvacibinin azaldılmasını təklif edib.

O isə bunu məqbul saymayıb, yalnız maaş borcundan 1 ayın pulunun ödənilməsi qarşılığında ayrılıq sənədinə imza atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti