Ermənistanla sərhədlə bağlı komissiya yaradıldı - Sədr Şahin Mustafayev oldu

24 May 2022 03:00 Bizimkilər 695
Ermənistanla sərhədlə bağlı komissiya yaradıldı - Sədr Şahin Mustafayev oldu

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılıb:

Komissiyanın sədri

Şahin Mustafayev – Baş nazirin müavini

Komissiyanın üzvləri

Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini

Xarici işlər nazirinin müavini

Daxili işlər nazirinin müavini

Ekologiya və təbii sərvətlər nazirinin müavini

Ədliyyə nazirinin müavini

Kənd təsərrüfatı nazirinin müavini

Müdafiə nazirinin müavini

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini

Dövlət Sərhəd Xidməti rəisinin müavini

Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri

Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

Laçın Rayon İcra Hakimiyyətinin başçısı

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər Xəbərlər
Xəbər Lenti