Mahirə şans verilmədi, çempionluq kubokunu başı üzərinə qaldırdı

22 May 2022 17:20 Bizimkilər 834
Mahirə şans verilmədi, çempionluq kubokunu başı üzərinə qaldırdı

Xorvatiya çempionatında 2021/22 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” 36-cı turda doğma meydanda “Hayduk”la qarşılaşııb.

Matç zaqreblilərin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard matçı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

Çempionluğu bir tur əvvəl rəsmiləşdirən “Dinamo” mövsümü 79 xalla bitirib. Qarşılaşmadan sonra Zaqreb təmsilçisinin kollektivi qızıl medallarla və çempionluq kuboku ilə təltif olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!