Namiq və digər legionerlər "Bursaspor"da meydana çıxmayacaq

20 May 2022 23:00 Bizimkilər 649
Namiq və digər legionerlər "Bursaspor"da meydana çıxmayacaq

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında cari mövsümünün sonuncu - XXXVIII tur matçına çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məşqlərə qatılmadığından "Menemenspor"a qarşı görüşdə iştirak etməyəcək.

Onunla yanaşı, komandadakı digər legionerlər və bir çox əsas heyət üzvü də mövsümün son matçını buraxacaq.

Bursa təmsilçisinin meydana əsasən U-19 və U-17 komandasının futbolçularından ibarət heyətlə çıxacağı gözlənilir.

Namiq Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var. Lakin klub II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, 27 yaşlı yarımmüdafiəçi ilə yollar ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!