Kamran "Orenburq" zəfərində iştirak etdi - VİDEO

20 May 2022 02:40 Bizimkilər 653
Kamran "Orenburq" zəfərində iştirak etdi - VİDEO

Rusiya birinci divizionunda 37-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi "SKA Xabarovsk" növbəti matçına çıxıb.

Xabarovsk təmsilçisi "Orenburq"u qəbul edib və 1:0 qalib gəlib.

Azərbaycanlı hücumçu meydana start heyətində çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

"SKA Xabarovsk" 37 turdan sonra 65 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti