Azərbaycanlı futbolçunun komandası aşağı liqaya düşdü

20 May 2022 02:10 Bizimkilər 675
Azərbaycanlı futbolçunun komandası aşağı liqaya düşdü

Çexiya birinci liqasında sonuncu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, 30-cu tur çərçivəsində Fərid Nəbiyevin komandası evdə “Lisen”lə qarşılaşıb.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsilə yekunlaşıb. Amma bu matçda Nəbiyevin adı iştirak ərizəsinə daxil edilməyib.

“Viktoriya” (Jijkov) mövsümü 18 xalla 16-cı pillədə başa vuraraq 1-ci divizionu tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!