İtaliya klubuna yollanacaq 5 azərbaycanlı futbolçudan birinin adı bilindi

19 May 2022 20:00 Bizimkilər 1 298
İtaliya klubuna yollanacaq 5 azərbaycanlı futbolçudan birinin adı bilindi

European Football Academy (EFA) ilə “Peruca” Futbol Akademiyası arasında əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində əməli addımların atılmasına başlanılıb.

Gələn ay 5 azərbaycanlı gənc futbolçu İtaliyaya - məşhur klubun düşərgəsinə yollanacaq.

Artıq onlardan birinin adı məlumdur - EFA-nın U-15 komandasından Toğrul Haqverdiyev “Peruca”nın seçmələrinə qatılacaq. Seleksiya xarakterli səfər 20-25 iyun aralığında keçiriləcək.

25-29 aprel tarixində “Peruca” Futbol Akademiyası ilə keçirilən görüşlərdə alınan razılaşmalara əsasən, EFA-nın yetirmələri İtaliyada klubunda çıxış edə biləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti