Mahiri Dinamoda nə gözləyir? - "Bu, onun işinə yaramadı"

19 May 2022 13:40 Bizimkilər 695
Mahiri Dinamoda nə gözləyir? - "Bu, onun işinə yaramadı"

Xorvatiya mətbuatı "Dinamo"nun hücum xəttinin sağ cinahındakı rəqabəti müzakirə edərkən Mahir Emrelinin yaxşı şansları olduğunu qeyd ediblər.

Sportinfo.az xəbər verir ki, "Sportske novosti" nəşri Azərbaycan millisinin hücumçusu barədə bu cür yazıb:

"Dariyo Şpikiç uzun müddət doğru fürsəti gözlədi. Mövsüm boyu o, “ehtiyat skamyadakı adam” idi.

Ardıcıl iki oyunda, hücumun sağ cinahında əsas heyətdə meydana çıxdı özünü göstərdi. Bununla yanaşı o, yeni mövsüm daha vacib rollara namizəd olduğunu nümayiş etdirdi.

Onun əsas rəqibləri Luka Menalo əla matçlar keçirsə də, mövsüm sonunda zədələndi. Mahir Emreli də yaxşı start götürmüşdü.

Onun da mövsüm sonunda zədələnməsi işinə yaramadı. Bu yay həmin mövqedə maraqlı rəqabətin şahidi ola bilərik.

Menalo, Mahir və Şpikiçdən hansının əsas heyət oyunçusu olacağı isə həm məşqçidən, həm də özlərindən asılı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti