DTX dərhal Prezidentin çağırışına qoşuldu: Qazilər “Alanyaspor”dan diqqət gördü - FOTOREPORTAJ

16 May 2022 12:40 Bizimkilər 582
DTX dərhal Prezidentin çağırışına qoşuldu: Qazilər “Alanyaspor”dan diqqət gördü - FOTOREPORTAJ

50-yə yaxın Vətən müharibəsi əlili “Çiyin-çiyinə bir yumruq kimi” layihəsində iştirak etmək məqsədilə Türkiyənin Alanya şəhərinə yollanıb.

Səfər bir həftə çəkəcək.

Bu müddətdə şəhərin müxtəlif tarixi və mədəni yerləri ilə tanışlığı nəzərdə tutulur. Qeyd olunan müddətdə mədəniyyətlərin və təcrübələrin mübadiləsi məqsədi ilə müxtəlif tədbirlər təşkil olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı məmurlara şəhid ailələrinə və müharibə veteranlarına hərtərəfli yardım göstərməsinin onların borcu olduğunu xatırladıb.

Dövlət başçısının çağırışına dərhal reaksiya verən xüsusi xidmət orqanları bu layihənin həyata keçirilməsinə böyük köməklik göstərib.

Qarabağ döyüşlərinin iştirçakıları “Alanyaspor”un oyununu izləyənlər arasında yer alıb. Qazilərimiz Super Liqanın 37-ci turu çərçivəsində “Alanyaspor”un “Qaziantep”lə keçirdiyi matça (3:0) tamaşa edib.

Alanya klubunun futbolçuları üzərində Azərbaycan bayrağı olan forma ilə meydana çıxıblar.

Qarşılaşmadan əvvəl “Alanyaspor“un prezidenti Hasan Çavuşoğlu Vətən Müharibəsi iştirakçılarına xatirə hədiyyəsi, medal, imzalı forma və Türkiyə bayrağı hədiyyə edib.

Səfərin təşkilində "YAŞAT" Fondu, "Azərbaycan Hava Yolları" və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) əməkdaşlığı da rol oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti