"Dinamo" Mahiri Avropanın güclü klublarına sata bilər"

14 May 2022 01:50 Bizimkilər 2 315
"Dinamo" Mahiri Avropanın güclü klublarına sata bilər"

Sportinfo.az xəbər verir ki, xorvatiyalı futbol agenti Darko Çordaş sportal.az-a müsahibə verib.

"Neftçi"nin sabiq legioneri Azərbaycana ən erkən gəlmiş xorvatiyalılardan olan Çordaş, "ağ-qaralar"ın çıxışı və "Dinamo"da (Zaqreb) oynayan Mahir Emreli barədə danışıb.

- Bildiyim qədərilə futbol agenti işləyirsiniz. Azərbaycan klubları və ya azərbaycanlı futbolçularla işləyirsiniz?
- Doğrudu, futbol agenti kimi çalışıram. Hazırda 18-22 yaş arasında 5 futbolçu ilə işləyirəm. Hələ ki, Azərbaycana futbolçu gətirməmişəm. Amma mütləq gətirəcəm.

- Azərbaycanlı futbolçular arasında tanıdığınız, istedadlı hesab edərək Avropaya aparmaq istədiyiniz biri var?
-
Mənim üçün doğma olan "Neftçi"ni daim izləyirəm. Gənc azərbaycanlı futbolçulara gəlincə, onları təhlil edəcək qədər yaxşı tanımıram. Ona görə bu haqda bir söz deyə bilməyəcəm.

- "Neftçi"də çıxış etmiş və hələ də xatırlanan legionerlərdən birisən. Halbuki bu klubda cəmi bir il çıxış etmişdin. Həmin vaxtları necə xatırlayırsınız?
- Təbii ki, unutmayan insanlara təşəkkür edirəm. "Neftçi"nin heyətində oynadığım bir çox matçı xatırlayıram. Xüsusilə də, "Xəzər Lənkəran"a qarşı Gəncədə keçirilən "qızıl oyun"u unutmayacam. Oyunun gedişatında 0:1 məğlub durumdaydıq, amma biz sonda 2:1 qalib gəldik. Oyunu 30 min adam izləyirdi. Xatırlayıram, 10 minə yaxın adam stadiondan kənar qalmışdı. Bunun özü də oyunun gözəlliyindən xəbər verirdi.

- "Neftçi" ötən mövsüm Azərbaycan çempionu olsa da, bu mövsüm “Qarabağ” çempionluğunu qaytardı. Bu barədə nə düşünürsünüz?
- "Neftçi"nin "Qarabağ"la çempionluq mübarizəsi aparması asan deyil. Çünki "Qarabağ" daha güclü maliyyəyə malikdi. Amma "Neftçi" böyük tarixə malikdi, ənənəsi, dünyanın istənilən ölkəsində azarkeşi olan böyük klubdu. Mənim üçün hər zaman "Neftçi" belə də qalacaq.

- Xorvatiyada çıxış edən “Dinamo”nun hücumçusu Mahir Emrəli haqda nə fikirləşirsiniz? Onun hansı xüsusiyyətlərini bəyənirsiniz?
- Emreli çox istedadlı futbolçudu. Texnikalı, güclü, sürətli oyunçudu. O, Avropanın ciddi liqalarında çıxış edə bilər. Sadəcə olaraq ona şans vermək lazımdı. Gələcəkdə Mahirin yüksəlişini gözləyirəm.

- “Dinamo”dan “İnter”, “Bavariya” və Avropanın bir çox məşhur klublarına futbolçular transfer olub. Sizcə, Mahir də Avropanın hansısa məşhur klubuna və ya liqasına keçə biləcək?
-
"Dinamo" ciddi klubdu. Doğrudu, futbolçularını Avropanın güclü klublarına sata bilir. Ona görə düşünürəm ki, Emrelidə də bu cür olacaq. "Dinamo"nun bəzi futbolçuları kimi yoldan çıxmamaq və peşəkar olmaq vacibdi. Hansı ki, bəzi futbolçuları yaxşı futbol oynayırdılar, sonradan hər gün gecələr gəzməyə başladılar, məşq etmədilər və tez bir zamanda orta səviyyəli oyunçuya çevrildilər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!