İdman direktorundan "Qarabağ" və Namiqlə bağlı 2 TRANSFER AÇIQLAMASI

9 May 2022 12:40 Bizimkilər 1 875
İdman direktorundan "Qarabağ" və Namiqlə bağlı 2 TRANSFER AÇIQLAMASI

Azərbaycan millisinin yarımmüdafiəçi Namiq Ələsgərovun adı bir neçə gündür ki, "Ankaragücü" ilə hallanır.

Sportinfo.az xəbər verir ki, bu klubun Ələsgərovu yayda transfer etmək istədiyini Türkiyə mətbuatı iddia edib.

Ankara klubunun idman direktoru Barış Emre Yıldız Namiqi transfer edəcəkləri ilə bağlı olan iddialara cavablayıb.

Saytımıza açıqlama verən Emre Yıldız bu cür danışıb (sportal.az):

"Namiq Ələsgərovla maraqlanmırıq, bu xəbərlər doğru deyil. Adıçəkilən futbolçu ilə heç bir əlaqəmiz yoxdu".

Müqavilə ilə "Qarabağ"a məxsus olan Ovusu Kvabena bu mövsümü “Ankaragücü”də icarə əsasında keçirərək 1-ci divizionda çempionluq yaşadı.

"Ankaragücü"nün idman direktoru mövsüm Ovusu üçün Ağdam klubu ilə danışıb-danışmadıqlarını söyləyib:

"Hələ ki, "Qarabağ"la heç bir görüşümüz olmayıb. Görək də necə olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!