Namiq oynadı, komandası önəmli qələbə qazandı

8 May 2022 21:00 Bizimkilər 829
Namiq oynadı, komandası önəmli qələbə qazandı

Millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "timsahlar" 36-cı turda 2-ci pillədə qərarlaşan "Umraniyespor"u qəbul edib.

Görüş Bursa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Bursaspor" 90+4-cü dəqiqədə Uğur Yıldızın qolu ilə vacib 3 xal qazanıb. Ələskərov 75-ci dəqiqədə, hesab 2:2 olarkən meydana daxil olub.

Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran "Bursaspor" 16-cı pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!