Fərid Nəbiyevin komandasından heç-heçə

8 May 2022 18:20 Bizimkilər 493
Fərid Nəbiyevin komandasından heç-heçə

Çexiya 2-ci divizionunda 28-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Prosteyov”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Viktoriya” 28 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!