Mahir Emreli: "Belə çətindir, sürətli qərar qəbul etməli və dərhal reaksiya verməlisən"

8 May 2022 13:40 Bizimkilər 952
Mahir Emreli: "Belə çətindir, sürətli qərar qəbul etməli və dərhal reaksiya verməlisən"

Millimizin hücumçusu Mahir Emreli "Dinamo"da komanda yoldaşları ilə yaxşı münasibətlərinin olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı forvard hansı mövqelərdə oynamağın ona rahat olduğunu da dilə gətirib:

"Hücumun cinahında və mərkəzində çıxış edirəm. Təbii ki, bu mövqelərdə fərqliliklər var. Cinahda olanda topla daha çox topla oynayıram.

Mərkəzda isə vəziyyət bir az fərqli olur. Məsələn, müdafiəçi ilə təkbətək çıxmaq çətindir.

Daha sürətli qərar qəbul etməli və dərhal reaksiya verməlisən. Hər iki mövqedə nə qədər çox çıxış etsəm, bir o qədər tez uyğunlaşacam.

Amma harada oynayacağıma baş məşqçi qərar verəcək".

Digər Xəbərlər
Xəbər Lenti