"Bursaspor"un Namiqə maraq göstərməsinin arxasında…"

7 May 2022 11:40 Bizimkilər 866
"Bursaspor"un Namiqə maraq göstərməsinin arxasında…"

"Düşünmürəm ki, limitin ləğvi gənc futbolçuların ölkə xaricinə getməsinə təkan verəcək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Tural Əsgərov deyib.

Tanınmış agent növbəti mövsüm Premyer Liqaya tətbiq olunacaq yaş limitin ləğvindən sonra gənc futbolçuların ölkə xaricinə üz tutmaq perespektivinə isti yanaşmayıb:

"Bəzən Azərbaycan Premyer Liqasında 20 qol vuran hücumçunun ciddi müştərisi olmur. Məsələn, ötən mövsümə baxaq. Çempion komandanın aparıcı üzvlərindən sayılan Anton Krivatsyuk ən yaxşı halda Polşanın ortabab klubuna keçdi.

Çempionatın bombardiri, milli komandamızın aparıcı üzvlərindən sayılan Namiq Ələsgərov Türkiyənin ikinci liqasında oynayan "Bursaspor"a keçdi.

Düzdür, "Bursaspor"un böyük tarixi var. Amma bu gün görürük ki, "Bursaspor"un da Namiqə maraq göstərməsinin arxasında klubun ciddi problemlər yaşaması dayanır".

Digər Xəbərlər
Xəbər Lenti