Mübariz Mənsimov: “İçimizdən birini məhv edirlər və biz buna sevinirik”

6 May 2022 20:20 Bizimkilər 1 059
Mübariz Mənsimov: “İçimizdən birini məhv edirlər və biz buna sevinirik”

"Doğma qardaşım deyil, yəhudi balasıdır, amma hara gedirdi Azərbaycandan danışırdı, azərbaycanlılara iş verirdi, Azərbaycan dilində danışırdı, restoranlarına Azərbaycan adları verirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimova məxsusdur.

Müflis olan məşhur milyarder Telman İsmayılov haqda danışan azərbaycanlı iş adamı həmkarının ünvanına müsbət fikirlər söyləyib:

“Telman müflis olanda o qədər sevindilər ki... Özlüyümdə düşündüm ki, biz nə qədər bədbəxt millətik ki, içimizdən birini məhv edirlər və biz buna sevinirik.

O adam minlərlə azərbaycanlıya çörək verirdi. O boyda adamı "batırdılar" və Rusiyada heç bir azərbaycanlı ona sahib çıxmadı.

Bu, məni çox üzdü. O, mənim dostum deyil, ancaq tanış idik, hörmətimiz var idi. Bu boyda bir ermənini "batırsalar", bütün ermənilər ayağa qalxardılar.

Amma bizimkilər bədbəxtdirlər. Rusiyada irili-xırdalı bütün Azərbaycan şirkətlərində ermənilər işləyirlər, şərikləri ermənilərdir".

Digər Xəbərlər
Xəbər Lenti