Paytaxt klubu millimizin futbolçusunun transferi üçün…

6 May 2022 17:00 Bizimkilər 1 355
Paytaxt klubu millimizin futbolçusunun transferi üçün…

Türkiyə mediasında Azərbaycan millisinin “Bursaspor”da çıxış edən üzvü Namiq Ələskərovla Superliqa klublarının yaxından maraqlandığı haqda xəbərlər yayılıb.

26 yaşlı yarımmüdafiəçinin yay transfer pəncərəsində 1-ci liqa təmsilçisindən ayrılacağı iddia olunur.

Öncə “Sivasspor”un adı çəkilirdisə, indi gündəmdə "Ankaragücü"dür. Bildirilir ki, bu mövsüm Superliqaya yüksələn paytaxt təmsilçisi 27 yaşlı vingerlə yaxından maraqlanır.

Ələskərov ötən yay “Bursaspor”la 2 illik müqavilə imzalayıb. 2021/22 mövsümündə 1-ci liqada 29 matçda 6 qol vuran və 6 qolun ötürməsini verən Namiq bu göstəricidə komanda yoldaşları arasında liderdir.

Onun klubu hazırda çempionatın turnir cədvəlində 19 komanda arasında 35 xalla 18-cidir və təhlükəli zonadadır.

Müqaviləyə əsasən, “Bursaspor” birinci liqanı tərk edərək aşağı liqaya düşərsə, bu halda Namiq klubdan ayrılmaq hüququ əldə edir.

"Ankaragücü"nün həmyerlimizi sıralarına qatmaq istəməsi haqda budəfəki iddia doğrudur. Onun haqda bu xəbəri tirajlayan media orqanları hər iki kluba yaxındır.

Düzdür, “Ankaragücü” yönətimi hələ millimizin futbolçusuna şəxsən təklif göndərməyib, amma bursalı həmkarlarıyla bu yöndə danışıqlar aparıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti