Xorvatiya mediası Mahiri bu hücumçulardan üstün tutdu

6 May 2022 13:40 Bizimkilər 571
Xorvatiya mediası Mahiri bu hücumçulardan üstün tutdu

Xorvatiya mətbuatı Zaqreb "Dinamo"sunda çıxış edən millimizin hücumçusu Mahir Emreli haqda yazıb.

Sportinfo.az xəbər verir ki, "Sportske" nəşrində dərc olunan yazıda 26 yaşlı futbolçunun hazırda yaxşı formada olduğu qeyd olunub.

Həmçinin onun hücumun önündə oynayanda komandaya daha faydalı olduğu vurğulanıb:

"Mahir Emreli son zamanlar ilk 11-liyin əvəzolunmaz üzvüdür. Bəzi oyunlarda həm də hücumun sivri ucunda oynayıb və qol vurub. Onun qol imkanları bəlkə də hamıdan çox olur.

Mahir “Dinamo”ya gələndə deyilirdi ki, cinah onun əsas mövqeyidir. Amma 9 nömrə kimi də oynamağı bilir. Oyunu buna uyğun gəlir.

O, ”Legiya”nın heyətində Polşa çempionatında və Avroliqada qolunu ən çox sırf hücumçu kimi oynayanda vurub. "Dinamo"da o, yalnız 3-5-2 sistemi ilə Kopiçin rəhbərliyi altında “İstra” ilə qarşılaşmada bu mövqedə olub.

Orsiçlə bərabər öndə oynayıblar. Və həmin oyunda qol vurub. Dəqiqdir ki, Emreli hazırda Petkoviç və Andriçdən daha yaxşı formadadır”.

Mahir Emreli bu mövsüm Xorvatiya çempionatında 8 oyuna 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti