Superliqaya vəsiqə qazanan klub azərbaycanlı vingeri istəyir

6 May 2022 00:40 Bizimkilər 930
Superliqaya vəsiqə qazanan klub azərbaycanlı vingeri istəyir

"Bursaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov daha bir klubun diqqət mərkəzinə düşüb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə "Ankaragücü" yaxından maraqlanır.

Bu mövsüm Superliqaya yüksələn paytaxt təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmaq istəyir.

Daha əvvəl "Sivasspor"un da Ələskərovun xidmətində maraqlı olduğu bildirilib.

Namiq Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!