İspaniyada 16 qol vuran azərbaycanlının atası danışdı - FOTOLAR

5 May 2022 22:40 Bizimkilər 832
İspaniyada 16 qol vuran azərbaycanlının atası danışdı - FOTOLAR

“Biz İspaniyaya 2016-cı ildə gəzməyə – bu ölkənin vətəndaşı olan bir dostumuzun yanına gəlmişdik.

Onda Turanın altı yaşı heç tam tamam olmamışdı. İspaniyada harada top görürdüsə, deyirdi ki, ata, qoy bir az burada oynayım. İspan dilini bilməsə də, yerli uşaqlarla anlaşırdı”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a İspaniyanın “Xetafe” klubunun futbol akademiyasında məşğul olan azərbaycanlı Turan Qasımlının atası Cəmşid Qasımov məlumat verib.

O, cari mövsüm “Xetafe” akademiyasında 19 oyuna 16 qol və 11 məhsuldar ötürməyə imza atıb. 12 yaşlı futbolçu İspaniyaya necə gedib çıxıb? Futbolçunun atası saytımıza bunu izah edib:

“Biz İspaniyada olduğumuz vaxt “Malaqa” tərəfindən uşaq seçimi aparılırdı. Biz də dostumla onu ora aparmağı düşündük. Apardıq və uşaq bəyənilərək klubun akademiyasına cəlb olundu.

Solayaq olsa da, iki ayağından da istifadə edə bilməsi xoşlarına gəldi. Çünki dörd yaşından karate ilə məşğul olub. Bu da hər iki ayağından düzgün istifadə edə bilməsinə kömək olub”.

Cəmşid Qasımov oğlunun üstünlüklərindən də danışıb:

“Turanın sürətli düşünmək, tez, vaxtında ötürmə vermək qabiliyyəti var. “Malaqa” onu bəyəndikdən sonra biz Bakıya qayıtdıq. Klubdan isə bizə İspaniyada qalmaq təklif olunmuşdu. Daha sonra Turana görə tamamilə İspaniyaya köçdük.

Ötən il isə Turan “Xetafe” klubu tərəfindən transfer olundu. Artıq bir ildir ki, “Xetafe”dədir. Onu hazırda başqa klublar da istəyir. Bilmirik növbəti mövsüm hansı klubun akademiyasında olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu