Mahir Emreli: "İstədiyimi etdim, bunu hamı bacarmır"

5 May 2022 19:20 Bizimkilər 1 596
Mahir Emreli: "İstədiyimi etdim, bunu hamı bacarmır"

"Məşqlərdə zərbələrin üzərində işləyirəm, amma bunu yaxşılaşdırmaq üçün daha çox çalışmalıyam".

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Mahir Emreli işlədib.

Zaqreb "Dinamo"sunun formasını geyinən 25 yaşlı forvard qol vurmağı sevdiyini söyləyib:

"Riyeka"ya vurduğum qola görə xoşbəxtəm. Çünki zərbə nişan aldığım yerə getdi. Yəni, qol təsadüfən vurulmadı, istədiyimi etdim. Bunu hamı bacarmır.

Əvvəlcədən fərqlənməyi proqnozlaşdırmaq çətin olur. Bəzən şanslar çox olsa da, top tora daxil olmaq istəmir.

Keyfiyyətli, təcrübəli futbolçuları olan güclü rəqiblərə qarşı oynayırıq. Onu da bilirəm ki, stadionda atmosfer yenidən cəhənnəmi xatırladacaq.

Azarkeşlərimiz bizimlə olacaq. Onların dəstəyini hiss edəcəyik. Biz "Dinamo"yuq və hər zaman meydana 3 xal üçün çıxırıq.

Kimə qarşı oynamağımızdan asılı olmayaraq, üstün olmaq və qalib gəlmək istəyirik.

Bizi rəqiblərin stadionlarındakı ab-havası maraqlandırmır, ancaq öz oyunumuzla maraqlanırıq. Bundan sonra bizi daha çətin matçlar gözləyir. Mübarizə sonadək gedəcək".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!