"Rahatam, heç bir problem yoxdur, çünki..." - Legioner futbolçumuzdan İNAMLI AÇIQLAMA

26 Yanvar 2022 22:20 Bizimkilər 884
"Rahatam, heç bir problem yoxdur, çünki..." - Legioner futbolçumuzdan İNAMLI AÇIQLAMA

"Məndən asılı olmayan səbəblərdən keçidim yubandı. Amma prosesin gedişi mənə psixoloji olaraq mənfi təsir etmədi. Sadəcə karyeram baxımından yeni komandama daha tez qoşulsam daha yaxşı olardı. Neyləmək olar, qismət beləymiş".

Bunu Sportinfo.az-a açıqlamasında Yunanıstanın "Olimpiakos" komandasına transfer olunan Turan Manafov deyib.

23 yaşlı futbolçumuz ilk dəfədir legioner həyatı yaşayır. Amma buna rəğmən yeni ölkəyə, yeni mədəniyyətə uyğunlaşmaqdan heç bir çətinlik çəkmədiyini bildirib:

"Məşqlərə çıxıram, amma lisenziyam hazır olmadığına görə hələ oynamıram. Belədə də çox rahatam. Yeni ölkəyə, mədəniyyətə öyrəşmək baxımından heç bir problem yoxdur. Milli komanda və "Qəbələ" akademiyası ilə çox ölkələrdə olmuşam. Bu baxımdan yetəri qədər təcürbəm var. Xarici ölkələrin mətbəxi, mədəniyyəti ilə tanışam deyə, indi burda olmaq mənə çətin görünmür".

Manafov Yunansıtan klubunda xoş rəftarla qarşılandığını da sözlərinə əlavə edib: "Komanda da hər şey əladı. Birlik var və ilk gündən xoş münasibət görmüşəm. İnşallah, bir az da uyğunlaşandan sonra daha da yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı