Vüsal İsgəndərlinin Adanada sevinməsinə "sarı" da mane olmadı - VİDEO

24 Yanvar 2022 00:50 Bizimkilər 547
Vüsal İsgəndərlinin Adanada sevinməsinə "sarı" da mane olmadı - VİDEO

Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Vüsal da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. 78-ci dəqiqədə sarı vərəqə alan azərbaycanlı futbolçu elə həmin dəqiqə də əvəzlənib.

“Keçiörengücü” 22 turdan sonra 26 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!