Azərbaycan Ordusu Kəlbəcər-Laçın istiqamətində yeni… VİDEO+FOTOLAR

22 Yanvar 2022 02:50 Bizimkilər 949
Azərbaycan Ordusu Kəlbəcər-Laçın istiqamətində yeni… VİDEO+FOTOLAR

Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov dövlət sərhədinin Kəlbəcər-Laçın istiqamətində yeni inşa olunaraq, şəxsi heyətin istifadəsinə verilən modul tipli infrasturuktura baxış keçirib.

Bildirilib ki, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb.

Burada istilik avadanlığı ilə təchiz edilmiş yataqxana, silah otağı, yeməkxana, mətbəx, ərzaq anbarı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

General-leytenant N.Osmanov döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Müdafiə nazirinin müvafiq göstərişlərini komandir heyətinin diqqətinə çatdırıb.





Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!