Mahir Emreli karyerasını İtaliyada davam etdirmək istəyirsə ...

26 Noyabr 2021 21:00 Bizimkilər 3 179
Mahir Emreli karyerasını İtaliyada davam etdirmək istəyirsə ...

“Mahirin çox yaxşı potensialı və gələcəyi var.

Təəssüf ki, “Legiya”nın ən pis vaxtında getdi ora”.

Bunu serbiyalı agent Boyan İliç Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin və “Legiya”nın futbolçusu Mahir Emreli haqda danışarkən deyib.

İliçin fikrincə, “Legiya”nın Polşa çempionatında çətin durumla üzləşməsi istər-istəməz Mahirin çıxışına təsir edir. Komanda nəticələri yaxşılaşdırandan sonra indikindən də üstün Enmreli görüəcəyik:

“Legiya”nın pis vəziyyətdə olmasına baxmayaraq, Mahirə halal olsun, adından söz etdirməyi bacarır. Bütün turnirlərdə fərqlənir.

Ən əsası, dünyanın baxdığı “Napoli” və “Lester”lə matçlarda rəqib qapılarına yol tapdı. Nəzərə alaq ki, Emreli bunu komandanın pis vəziyyətində edir. Görün, “Legiya” özünə gəlsə, necə oynayar, neçə qol vurar.

Polşanın nəhəng komandası həmişə belə qalmayacaq. Orda mütləq dəyişikliklər olacaq. Ya təcrübəli baş məşqçi gətirəcəklər, ya da heyətə əl gəzdiriləcək. Avrokuboklarda pis-yaxşı nəsə edirlər, daxili çempionatda biabırçı vəziyyətdir”.

Mahir bu cür davam etsə, yayda onu Avropanın aparıcı ölkələrinin birində görə bilərik?

Belə bir şey mümkün olsa, 24 yaşlı futbolçu üçün ən münasib ölkələr hansılardır? Ümumiyyətlə, Boyan bu məsələdə ona yardım etməyi düşünürmü?:

“Emreli ilə münasibətim əladır. Hətta dostuq deyə bilərəm. Yığmanın Serbiya ilə oyunundan əvvəl düşərgəyə baş çəkib, Mahirlə görüşmüşdüm. Özünə də dedim ki, bu cür davam etdi, köməyimə ehtiyac olsa, yanındayam.

“Legiya” ad-san, tarix, səviyyə olaraq Niderland və Belçikanın top-klubları ilə eynidir. Bu ölkələrin aparıcı komandalarında rahat şəkildə oynaya bilər. Yaxud da, İtaliyanın ortabab komandalarının birində.

“Legiya” əcnəbi klubların və skautların ən çox maraq göstərdiyi klublardandır.

Mahir avrokuboklarda vurduğu qolların davamını Polşa çempionatında da gətirib, mövsümboyu ümumilikdə azı 20 qol vura bilsə, Avropaya yolu açılacaq.

Emreli məhsuldar olandan sonra kiməsə nəsə deməyə gərək qalmayacaq. “Elçilər” özləri klubun qapısını döyəcək”.

Mahir Emreli 2021-22 mövsümündə “Legiya”nın formasında meydana çıxdığı 28 matçda 11 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti