Mahiri tənqid etdi: "Komandaya başla oynamağı bacaran hücumçu lazımdır"

24 Noyabr 2021 02:30 Bizimkilər 992
Mahiri tənqid etdi: "Komandaya başla oynamağı bacaran hücumçu lazımdır"

Polşa millisinin sabiq futbolçusu Marek Yovyak “Legiya” komandasının hücum xəttindəki problemlər haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “Super Express” nəşrinə müsahibə verən keçmiş müdafiəçi azərbaycanlı hücumçu Mahir Emreli haqda da fikirlərini söyləyib:

“Mahir Emreli uzun müddət sonra “Napoli” ilə oyunda qol vurdu. O, daim qol vurmalıdır, yoxsa nəzərə çarpmayacaq.

Ümid edirəm ki, Tomaş Pexart “Legiya”ya kömək edə biləcək. Çünki komandaya standart vəziyyətlər zamanı başla oynamağı bacaran hücumçu lazımdır.

Ola bilsin, çexiyalı hücumçu zədədən sonra komandanın oyununa çox şey qatacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"