Namiq “Bursaspor”da vurduğu ilk qoldan ağızdolusu danışdı - VİDEO

25 Oktyabr 2021 16:40 Bizimkilər 732
Namiq “Bursaspor”da vurduğu ilk qoldan ağızdolusu danışdı - VİDEO

“Bursaspor”un yarımmüdafiəçisi Namiq Ələsgərov 10-cu turun “Balıkəsirspor”(2:0) üzərindəki qələbəsini şərh edib.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü özünü Bursa klubunda yaxşı hiss etdiyini bildirib:

“Qalib gəldiyimizə görə şadam. Ardıcıl ikinci qələbədir. Seriyanı davam etdirmək istəyirik. Növbəti matçlarda da bu oyunlardakı kimi kollektiv oynamalıyıq.

Mövsümə yaxşı başlamışdıq, amma uşaqlar bir-birinə öyrəşib, indi daha yaxşı oynamağa başladıq, daha da artıracağıq.

Özümə gəldikdə, yetərincə müddətdir ki, buradayam və özümü yaxşı hiss edirəm. Adaptasiya prosesi geridə qalıb. İlk qolumu vurdum, daha yaxşı oynayacağımı düşünürəm”.

26 yaşlı hücumçu yayda keçdiyi komandanın heyətində ilk qolunu vurub. Bu, Türkiyə TFF I Liqasının X turunda autsayder “Balıkesirspor”la səfər matçına təsadüf edib.

Start heyətində meydana daxil olan Ələskərov 29-cu dəqiqədə hesabı açıb. Bursalılar matçın sonuna yaxın daha bir qol vuraraq, 2:0 hesablı qələbə qazanıb. Həmyerlimiz 88-ci dəqiqədə əvəzlənib.

Qələbə sayəsində xal ehtiyatını 11-ə çatdıran “Bursaspor” turnir cədvəlində 10-cu yerə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti