"Mahir sağlamdır, peyvənd də olunub, yaxşıdır"

17 Oktyabr 2021 13:40 Bizimkilər 511
"Mahir sağlamdır, peyvənd də olunub, yaxşıdır"

Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Legiya" bu gün Polşa çempionatında növbəti matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi 11-ci turda "Lex"i qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. "Legiya" hazırda 9 xalla 15-ci, "Lex" isə 21 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Baş məşqçi Çeslav Mixneviç Emrelinin durumu və “Lex”ə qarşı oynayıb-oynamayacağına aydınlıq gətirib.

O, millimizin forvardının durumunun yaxşı olduğunu deyib: "Mahir Emreli sağlamdır. O, peyvənd də olunub. Əlavə baxışlardan da keçdi və o, “Lex”ə qarşı oynaya bilər. Düşünürəm ki, o, yaxşı oyun keçirəcək".

Azərbaycan millisinin düşərgəsində olduğu zaman ilk koronavirus testi pozitiv çıxdığından Mahir DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda meydana çıxa bilməmişdi. Halbuki onun növbəti 2 testi neqativ çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”