"Namiq və Brunodan başqa bütün legionerləri qovmaq lazımdır” - FOTO

27 Sentyabr 2021 23:20 Bizimkilər 1 369
"Namiq və Brunodan başqa bütün legionerləri qovmaq lazımdır” - FOTO

"Neftçi"ni “Bursaspor”a dəyişən Namiq Ələsgərovun işlərinin yağ kimi getdiyini deyə bilmərik.

Türkiyədə meydana çıxdığı 4 oyunda 234 dəqiqə meydanda olan millimizin üzvü qol vurmasa da, məhsuldar ötürmələrlə yadda qalıb, komandasının xeyrinə penalti qazanıb.

Ona görə də digər yeni transferlərlə müqayisədə daha çox sevilir, özünə qarşı inam görür. “Bursaspor”un doğma azarkeşlərin gözləri qarşısında “Ankaragücü”nə 0:4 hesablı yenilgisi çılğın fanatları özündən çıxarıb.

Onlar “timsahlar”ın sosisal şəbəkə hesablarında rəhbərliyi və futbolçu heyətini “topa tutaraq”, baş məşqçilərin uğursuzluqda günahkar olmadığını qeyd edib. Əsas narazılıq dalğası yaydakı transferlərin özünü doğrultmamasıdır.

Lakin bunun Namiqlə əlaqəsi yoxdur. Meydanda olduğu müddətdə yaxşı mənada fərqlənməyi bacaran Ələsgərov, yerli fanatların sevdiyi simadır. Mehmet Türkyılmaz adlı “feysbuk” izləyicisinin yazdığı şərhə nəzər yeturək:

“Namiq və Bruno xaricindəki bütün əcnəbi transferləri yox edin. Bizim uşaqlar bunlara 10-nun vurar. Dövrə arasında 2-3 transfer edib, liqada qalmaq üçün mübarizə apararıq. Rəhbərlik, futbolçu və azarkeş olaraq hamımız günahkarıq”.

SPORTİNFO.AZ

SP

Digər Xəbərlər
Xəbər Lenti