RƏSMİ: Azərbaycanlı futbolçu Türkiyə klubunda - FOTO

1 Avqust 2021 22:40 Bizimkilər 1 607
RƏSMİ: Azərbaycanlı futbolçu Türkiyə klubunda - FOTO

"Qaziantep Algspor" qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Jalə Məsimova ilə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, o, mövsümün sonuna qədər türk klubunda oynayacaq.

Yarımmüdafiəçi bundan əvvəl Azərbaycanda “Uğur”, “Vətən”, həmçinin Rusiyada “Torpedo”(Lyevsk), “Zenit”(Sankt-Peterburq) klublarında çıxış edib.

Klubun prezidenti Əli Gözcü transferlə bağlı rəsmi sayta açıqlamasında Jalə haqda xoş sözlər deyib: “Biz Azərbaycan millisindən güclü oyunçu gətirmişik.

Ona komandamızda uğurlar arzu edirik. İnanırıq ki, Jalə komandamızı gücləndirəcək. Yaxşı hazırlaşaraq, yeni mövsümə tam hazır olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”