Azərbaycanlı ilə erməni eyni oyuna göndərildi

26 İyul 2021 19:40 Bizimkilər 632
Azərbaycanlı ilə erməni eyni oyuna göndərildi

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Belarusun "Torpedo-BelAz" və Danimarkanın "Kopenhagen" klubları arasında Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.

İyulun 29-də Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qarşılaşmanın UEFA nümayəndəsi isə ermənistanlı Armen Minasyan olacaq. Komandalar arasında ilk oyun danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti