COP29

Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşdi

11 İyun 02:50 Basketbol 3 286
Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşdi

Gənc basketbolçulardan (U-20) ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta əsas millidə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib.

Onun birinci köməkçisi Zaur Paşayev, ikinci köməkçisi isə Anar Hacıyev olub.

20 yaşadək oğlan basketbolçulardan ibarət millimiz iyulun 12-21-i aralığında Rumıniyanın Piteşti şəhərində baş tutacaq Avropa çempionatının B divizionunda yarışacaq.

Alberto Blankonun planlarında Avropa çempionatına hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"