COP29

Revanş aldı, ümumi hesabı bərabərləşdirdi - Pley-off mərhələsi

4 May 12:20 Basketbol 719
Revanş aldı, ümumi hesabı bərabərləşdirdi - Pley-off mərhələsi

"Sərhədçi" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Xəzri"yə qalib gəlməklə ümumi hesabı bərabərləşdirib.

Sportinfo.az xəbər verir ki, "Sərhədçi" rəqibini 71:64 hesabı ilə məğlub edib.

Tərəflər arasında keçirilən ilk dueldən "Xəzri" qələbə ilə ayrılıb - 98:64. Üçüncü oyun mayın 5-də baş tutacaq.

Yarışın qaydalarına uyğun olaraq, ardıcıl 2 qələbə qazanan kollektiv növbəti mərhələyə vəsiqə qazanır.

"Xırdalan" və "Neftçi" kollektivləri arasında ikinci dueldə 76:73 hesabı ilə qələbə qazanan birincilər yarımfinala adlayıblar.

Xəbər Lenti