
Azərbaycan Basketbol Liqasının II turuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 103:89.
"Sərhədçi" də "Lənkəran"dan üstün olub - 84:70.
Turun əvvəlki oyunlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.