Komandamız gümüş medal qazandı - III MDB Oyunlarında

04:20 Basketbol 71
Komandamız gümüş medal qazandı - III MDB Oyunlarında

Gəncədə III MDB Oyunları çərçivəsində 3x3 basketbol yarışlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, qızlardan ibarət Azərbaycan millisi (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) yarımfinalda Özbəkistan yığmasını məğlub edib – 22:10.

Finalda yığmamız Rusiyaya məğlub olaraq (13:19) Oyunların gümüş mükafatçısı olub. Belarus yığması turniri üçüncü pillədə başa vurub.

Oğlanlardan ibarət komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) isə yarımfinalda Belarus millisinə məğlub olub (13:16), bürünc medal uğrunda görüşdə isə Özbəkistan komandasına məğlub olaraq (15:16) turniri dördüncü pillədə başa vurub.

Turnirin qalibi isə Belarus millisini məğlub edən Rusiya yığması olub

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 07:10 Xəzərdə zəlzələ oldu