"Sabah"ın son rəqibi bəlli oldu - Çempionlar Liqasında

26 Sentyabr 2025 04:20 Basketbol 667
"Sabah"ın son rəqibi bəlli oldu - Çempionlar Liqasında

"Sabah" basketbol komandasının avrokuboklardakı son rəqibi də dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, "Elan Şalon" seçmə qrupun finalında İspaniyanın "Mursiya" klubunu 96:88 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Üçqat Azərbaycan çempionu B qrupunda "Alba Berlin" (Almaniya), "Nimburk" (Çexiya) və "Elan Şalon"la (Fransa) oynayacaq.

Azərbaycan çempionu ilk dəfədir ki, Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək.

Mövsümə oktyabrın 7-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!