
Olimpiadada uğurlu çıxış etmək üçün əcnəbi basketbolçuların xidmətindən yararlanmaq lazımdır@.
Sportinfo.az xəbər verir ki, bunu ABF-nin prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.
O, yığmaya əcnəbi oyunçular cəlb edildiyi üçün bəzən tənqidlərə məruz qaldıqlarını söyləyib:
"İstəyirik ki, Azərbaycan basketboluna fayda verə biləcək oyunçuların xidmətindən yararlanaq.
Olimpiada kimi mötəbər yarışda iştirak etmək, müəyyən uğur qazanmaq istəyiriksə, bəzən xarici oyunçuların xidmətindən yararlanmalıyıq.
İnanırıq ki, zamanla öz basketbolçularımız lazımi formaya çatacaqlar və biz onlarla uğurlar qazanacağıq".