Azərbaycan klubu Avropa Kubokunda qalib gəldi

25 Sentyabr 2025 03:10 Basketbol 563
Azərbaycan klubu Avropa Kubokunda qalib gəldi

"Abşeron Lions" basketbol komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi "Anortosis"ə qalib gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma təmsilçimizin 89:73 hesablı qələbəsi ilə bitib.

Komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA