"Sumqayıt" amerikalını transfer etdi - Mövsümün sonunadək müqavilə imzalandı

03:10 Basketbol 65
"Sumqayıt" amerikalını transfer etdi - Mövsümün sonunadək müqavilə imzalandı

"Sumqayıt" növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi amerikalı basketbolçu Elayca Hatçins-Everetti heyətinə qatıb.

23 yaşlı oyuçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır. 2021-ci ildə ABŞ-nin "Ostin Pi Qaverners" klubunda karyerasına başlayan Elayca 2 il sonra "Seton Holl Payrets" komandasına keçib.

O, ötən mövsüm "Ceyms Meddison Dyuks" kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 17:40 Hələlik göydə uçurlar…
20 Sentyabr 16:00 O, gecikir, rəhbərlik susur
20 Sentyabr 14:00 Premyer Liqamızın Anandı