"Komanda yoldaşlarım oyundan-oyuna bir-birilərinə daha yaxşı öyrəşir"

05:40 Basketbol 70
"Komanda yoldaşlarım oyundan-oyuna bir-birilərinə daha yaxşı öyrəşir"

"Sabah" basketbolçuları oyundan-oyuna bir-birlərinə daha yaxşı öyrəşirlər.

Sportinfo.az xəbər verir ki, bunu adıçəkilən klubun üzvü Şirzad Şirzadov komandanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, Litvada keçirdikləri təlim-məşq toplanışı barədə danışıb:

"Yüksək səviyyədə hazırlıq prosesi keçirik. Düzdür, yorğunluqla bağlı müəyyən çətinliklər olur. Bununla belə, məşqlərimizi davam etdiririk. Bir neçə yoxlama matçında gücümüzü sınamışıq. Ev sahibi "Jalqris"ə qarşı keçirdiyimiz oyun çətin oldu. Rəqibin heyətində təcrübəli oyunçular çoxluq təşkil edirdi. Hansı ki, onlar Avroliqada mübarizə aparıblar. Hazırda komandada ab-hava yüksək səviyyədədir. Oyundan-oyuna komanda üzvləri bir-birinə daha da yaxşı öyrəşirlər".

"Sabah" Azərbaycanı ilk dəfə FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək. "Bayquşlar" Litvada keçirdikləri yoxlama oyunlarında ev sahiblərinin "Yuventus" (90:83), "Qarqjday" (96:92) və "Nevejis" (108:82) klublarını məğlub edib, "Neptunas" (88:98) və "Jalgiris" kollektivlərinə (58:75) uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"