Kosovo və Ekvadorda oynamış hücumçu "Quba"da

11 Sentyabr 2025 04:50 Basketbol 468
Kosovo və Ekvadorda oynamış hücumçu "Quba"da

"Quba" daha bir legioner basketbolçunun transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub 1998-ci il təvəllüdlü Alonzo Range Jr ilə anlaşıb. Hücumçu daha əvvəl "Kanzas Vesleyan Universiteti"nin komandasında çıxış edib.

"Quba"ya gələnə qədər isə "BC New Basket" (Kosovo), "Andes Basquet Club" (Ekvador) komandalarının formasını geyinib.

Basketbolçunun artıq Bakıda olduğu və sabahdan mövsümöncəsi toplanışa qoşulacağı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!