Avropa çempionatının yarımfinalını azərbaycanlı idarə edəcək - ADI AÇIQLANDI

16 Avqust 2025 04:20 Basketbol 3 374
Avropa çempionatının yarımfinalını azərbaycanlı idarə edəcək - ADI AÇIQLANDI

Azərbaycanın ən yaxşı basketbol hakimi hesab olunan Ələkbər Həsənov beynəlxalq arenada mühüm təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, 16 yaşadək basketbolçular arasında Avropa çempionatının yarımfinal mərhələsində Litva – İtaliya oyununu idarə edəcək.

Qitənin bu yaş kateqoriyasında ən güclü komandaları hazırda Gürcüstanın paytaxtı Tiflisdə mübarizə aparır.

Ələkbər Həsənovun baş hakim kimi çalışacağı yarımfinal qarşılaşması bu gün saat 18:30-da start götürəcək.

Turnirin digər yarımfinalında isə Serbiya və Sloveniya yığmaları üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA