Azərbaycan çempionu amerikalı hücumçu ilə gücləndi - İKİ İLLİK

11 Avqust 2025 03:10 Basketbol 543
Azərbaycan çempionu amerikalı hücumçu ilə gücləndi - İKİ İLLİK

"Sabah" basketbol klubu yeni mövsümün növbəti transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, amerikalı pover forvard Castin Tillman qarşıdakı 2 mövsümdə Azəərbaycan çempionunun uğurları üçün çalışacaq.

28 yaşlı və 203 sm boya malik Tillman güclü fiziki oyunu, yüksək döyüşkənliyi, effektiv ribaundları və səbət altında məhsuldarlığı ilə seçilir.

O, həm hücumda, həm də müdafiədə komandanın oyununa ciddi təsir göstərmək potensialına malikdir.

Təcrübəli basketbolçu karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA