Azərbaycan millisi dünya seriyasının final mərhələsinə vəsiqə şansını saxlayır

5 Avqust 04:10 Basketbol 369
Azərbaycan millisi dünya seriyasının final mərhələsinə vəsiqə şansını saxlayır

Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Dünya seriyasının ümumi sıralamasında yeddinci yerdə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, komandamızın hesabında 235 xal var.

Bu xallar Sumqayıt və Buxarestdə qazanılan qələbələr nəticəsində formalaşıb – hər mərhələ 100 xal gətirib. Daha 35 xal isə Bakı mərhələsində səkkizinci yer tutmaqla əldə olunub.

Beləliklə, yığmamız Çinin Şanxay şəhərində keçiriləcək Dünya seriyasının final mərhələsinə yüksəlmək uğrunda mübarizəsini davam etdirir. Finala ümumi sıralamada ilk 8-likdə yer alan komandalar yüksələcək.

Hazırda reytinq cədvəlinə Niderland (440 xal) liderlik edir. İkinci yerdə Avstraliya (278), üçüncü pillədə isə İspaniya (270) qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu