Yığmamızın üzvü MVP seçildi

28 İyul 2025 04:00 Basketbol 473
Yığmamızın üzvü MVP seçildi

Azərbaycan millisinin üzvü Aleksandra Mollenhauer 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin ən dəyərli oyunçusu (MVP) seçilib.

Sportinfo.azxəbər verir ki, yarışın qalibi olan komandamızın heyətində həmçinin Arika Karter, Brianna Freyzer və Dina Ulyanova da çıxış edib.

Ratomir Deliçin baş məşqçisi olduğu yığma qrupda Çexiyaya 20:12 və Slovakiyaya 21:8, 1/4 finalda Çinə 18:12, yarımfinalda "CS Rapid" komandasına 21:15 və finalda Latviyaya 15:12 hesabları ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA