"Neftçi" və "Abşeron"un rəqibləri - Avropa kubokunda

28 İyul 03:40 Basketbol 128
"Neftçi" və "Abşeron"un rəqibləri - Avropa kubokunda

"Abşeron Lions" basketbol klubunun Avropa kubokunun ilk təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu, Almaniyanın paytaxtı Münhendə keçirilən müntəzəm mövsümün püşkatma mərasimində müəyyənləşib.

Püşkün nəticəsinə görə, Abşeron təmsilçisi Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq. "Abşeron Lions" qələbə qazanarsa, H qrupunda "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bearz" (Danimarka) klublarına rəqib olacaq.

"Neftçi" sə Avropa kubokunun qrup mərhələsində mübarizə aparacaq. I qrupda yer alacaq Azərbaycan Basketbol Liqasının finalçısının rəqibləri "Kaleb/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) olacaq.

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda keçiriləcək. Müntəzəm mövsümün matçlarının tarixi isə daha sonra elan ediləcək.

"Abşeron Lions" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında 4-cü olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?