Gürcülərə də uduzduq

28 İyul 03:20 Basketbol 406
Gürcülərə də uduzduq

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatı B divizionu B qrupunda məğlubiyyətləri sıralamaqda davam edir.

Sportinfo.az xəbər verir ki, basketbolçularımız Rumıniyada keçirilən turnirdə bu dəfə Gürcüstan komandasına uduzublar - 66:82.

Rumıniya ilə ilk oyunda 34:60, Ukrayna ilə ikinci qarşılaşmada isə 67:71 hesablı məğlubiyyətlər qeydə alınıb.

3 turdan sonra Azərbaycan basketbolçuları 3 xalla sonuncu - 6-cı yerdə qərarlaşıblar.

U-18 millisi növbəti oyununu iyulun 29-da qrup ikincisi Portuqaliyaya qarşı keçirəcək. Matç Bakı vaxtilə 16:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu